“Mənim gündəliyim” adlı  oxu və yaradıcılıq  müsabiqəsinə start verilib

    Məktəbimizdə “Mənim gündəliyim” adlı  oxu və yaradıcılıq  müsabiqəsinə start verilib. İki mərhələdən ibarət müsabiqədə məktəbimizin I-VII siniflər və VIII –XI siniflər üzrə şagirdləri iştirak edəcəklər.

Müsabiqənin ilk mərhələsində şagirdlər məktəb kitabxanasından istifadə edərək Azərbaycan və  dünya  ədəbiyyatından əsərləri oxuyaraq gündəlik hazırlayacaqlar.

    Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu  və yazı  bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və  dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması,  istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara  dəstək  göstərilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi