"Müasir dərs necə olmalıdır" adlı təlimlərə start verilib
14 aprel 2022-ci il tarixdən 228 saylı məktəbin müəllimləri ilə kadrların peşəkar inkişafı yönümündə məktəbdaxili "Müasir dərs necə olmalıdır" adlı təlimlərə start verdik.Təlimçi məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Səadət Həmidovadır. Təlimdə istifadə olunan elektron resursların müəllifi də Səadət müəllimədir. Resursda müasir dərsin strukturu daha sadələşdirilmiş formada təqdim edilmişdir.
Qeyd edək ki, Səadət Həmidova "Грамматика Азербайджанского языка"(пособие для абитуриентов русского сектора) kitabının müəllifidir.