Məktəb rəhbərliyi dərsdinləmədə iştirak edib
Məktəbin illik fəaliyyət planının 1.2.3 bəndinə uyğun olaraq 13.04.2022-ci il tarixdə məktəbin direktoru Səkinə Rzayeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Səadət Həmidova ibtidai siniflərdə dərsdinləmədə iştirak edib.
Şagirdlərin dərsliklərlə işi, dərslərdə motivasiyanın yaradılması, sinfin idarə olunması meyarlarına fikir verilib. Müasir təlim qaydalarına əsaslanmış dərsdə maraqla dərsin gedişatını izləyən direktor və təlim tərbiyə işləri üzrə direktor müavini dərs dinləmənin nəticəsini müzakirə ediblər.
Dərsdinləmələrin keçirilməsində məqsəd müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, tədrisin keyfiyyətinin artırılmasında rəqabətliliyin gücləndirilməsidir.