Pedaqoji Şuranın növbəti iclası
11 aprel 2022-ci il tarixdə Məktəb Pedaqoji Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində aşağıdakı məsələlər müzakirə edilib:
1. Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri və ümumi orta təhil səviyyəsi üzrə aparılacaq yekun qiymətləndirməyə (attestasiyaya) hazırlığın vəziyyəti barədə
2. “Mənim gündəliyim” layihəsi
Tam orta təhsil səviyyəsi üzrə təmayül siniflərin açılması və ümumi orta təhsili bitirmiş məzunların kolleclərə qəbul qaydaları haqqında maarifləndirilməsi haqqında
3. Xüsusi Qayğıya Ehtiyacı Olan sağlamlıq imkanları məhdud ev təhsilli şagirdlərin təlim-tərbiyəsinin vəziyyəti barədə
4. Tədris ilinin prioritet fəaliyyət istiqamətləri çərçivəsində şagird naliyyətlərinin inkişafyönümlülüyünü izləməklə Fiziki tərbiyə və GÇH dərslərinin tədrisi vəziyyətini öyrənib Pedaqoji Şurada müzakirə etmək.
İclasda hərbi rəhbər Sahib Hüseynov Gənclərin Hərbi Hazırlıq fənninin tədrisi vəziyyəti haqqında, təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira Zeynalova "Mənim gündəliyim" layihəsi haqqında məruzə ediblər. Pedaqoji Şuranın iclasında məktəbin növbəti gənc psixoloqu Gülşən Avdiyeva kollektivə təqdim olunub.