Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar
Azərbaycanda 18 yaşı tamam olmamış uşaqların ümumi sayı 2 730 000 nəfər olub, bütün əhalinin 30%-ni təşkil edir. Onların təxminən 49 000 nəfəri əlilliyi olan uşaqlardır. Uşaq əlilliyinə dair araşdırmanın (0-14 yaş) nəticələri ÜST-nin 2010-cu il üçün “Xəstəliklərin qlobal təsiri haqqında məruzə”sində verilir; bu araşdırmaya əsasən 95 milyon uşaqda (5,1%) əlillik qeyd olunur ki, bunlardan 13 milyonunda (0,7%) əlillik ağır formadadır. SN-nin 2010-cu il üçün məlumatına əsasən Azərbaycanda uşaqlar arasında əlilliyin yaşa görə artması müşahidə olunur.