Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib
2 aprel 2022-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının rayon mərhələsi keçirilib. Müsabiqədə qeydiyyatdan keçən şagirdlərimiz əldə etdikləri buraxılış vərəqəsi ilə imtahana daxil olublar. Şagirdlər 30 məntiq sualını cavablandırıblar.
Məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur.
Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.