"Təşəkkürnamə" və xarı bülbül döş nişanı təqdim olunub
01 aprel 2022-ci il tarixdə Bakı şəhəri Ə.Kazımov adına tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən "Heydər Əliyev və Azərbaycan tarixi" elmi praktik konfrans üçün elan edilmiş müsabiqənin yarımfinal turu keçirildi.
Müsabiqədə Qaradağ rayonu üzrə 26 məktəbin şagirdi, onların elmi rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İctimai-siyasi şöbəsinin əməkdaşı, politoloq Mirtural Mirsultanov, Qaradag Rayon İcra Hakimiyyəti nin humanitar şöbə müdiri Munis Bayramov və 228 saylı məktəbin direktoru Səkinə Rzayeva da iştirak edirdi.
Təbdirdə yarımfinalçı şagirdlərin çıxışları dinlənildi. Digər şagirdlərə isə 228 saylı məktəbdə yaradılmış komissiya tərəfindən həvəsləndirici "Təşəkkürnamə" və xarı bülbül döş nişanı təqdim olundu.