İlk həmkarlar təşkilatının idarə heyətinin iclasındada dərs yükü problemi müzakirə olundu

Məktəbimizdə pedaqoji heyətin tələb olunandan təxminən 3 dəfə çox olması dərs yüklərinin çatışmazlığına səbəb olur: məktəb üzrə orta dərs yükü heç yarımstavkaya belə çata bilmir: 8.7 saat. Bəzi fənlər üzrə bu rəqəmdən də az.Təbii ki, belə şəraitdə məktəb rəhbərliyinin üzərinə ağır yük düşür: bütün müəllimləri təlimata uyğun 6 saatdan az olmayaraq dərs yükü ilə təmin etmək, digər tərəfdən narazılıqların qarşısını vaxtında almaq, keçən tədris ilində olduğu kimi, müxtəlif instansiyalara şikayətlər "axınına" yol verməmək.Məhz bu səbəbdən İlk həmkarlar təşkilatının idarə heyətinin iclasında da dərs yükü problemi müzakirə olundu.Məktəbdaxili resursların, demək olar ki, hamısından istifadə etdik ki, stabillik "balansını" məktəbdə təmin edək, müxtəlif instansiyaları məktəbin problemləri ilə narahat etməyək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi