"Reproduktiv sağlamlıqla bağlı uşaq və gənclər arasında tədris və maarifləndirmə proqramı"
16.03.2022-ci tarixdə Ümidli gələcək gənclər təşkilatı "Reproduktiv sağlamlıqla bağlı uşaq və gənclər arasında tədris və maarifləndirmə proqramı" ilə əlaqədar məktəbimizdə seminar təşkil edilib. Seminarda məktəbin psixoloqu Mehriban Quliyeva və tibb bacısı Könül Mehdiyeva iştirak edib.
Gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habela gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı geniş maarifləndirmə proqramlarının təşkili xüsusi əhəmiyyət kəsb edir.
Təlimin sonunda bütün qızlara mövzuya dair müvafiq maarifləndirici materiallar paylanıb.