Bahar çələngi'' layihəsinin icrası
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ''Bahar çələngi'' layihəsinin icrası ilə bağlı 01 mart 2022-ci il tarixli F-85 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbin tədbirlər planı hazırlanmışdır. Tədbirlər planına müvafiq olaraq məktəbin müxtəlif siniflərində tədbirlər, o cümlədən, divar qəzetləri hazırlanıb.
Tədbirin keçirilməsində məqsəd milliliyin, milli-mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeyd olunması ilə xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması və şagirdlərə aşılanmasıdır.
Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi haqqında çıxışlar edilib.