Bahara aid divar qəzetləri hazırlanıb
Şagirdlər tənəffüslərdə vaxtlarını səmərəli keçirdirlər. Onlar təbiətin oyanışından xəbər verən, insan həyatına yenilik, süfrələrə xeyir - bərəkət bəxş edən bahara aid divar qəzetləri hazırlayıblar.
Divar qəzetini hazırlayarkən şagirdlər şairlərimizin, aşıqlarımızın Novruza, baharın gəlişinə həsr etdikləri şeirlərdən parçalar söyləyib, divar qəzetində şeirlərdən parçalar qeyd ediblər.
Məqsəd gənc nəslə milli adət - ənənələrimizi öyrətmək, onlara bu mənəvi dəyərlərə hörmət hissi tərbiyə etməkdir.