“Məktəblinin dostu” layihəsinin əhatə dairəsində olan məktəblərin şagirdləri arasında esse müsabiqəsi

    “Məktəblinin dostu” layihəsinin əhatə dairəsində olan məktəblərin şagirdləri arasında esse müsabiqəsi keçirilir.

Müsabiqədə Bakı şəhəri Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin şagirdləri də iştirak edir.

    Müsabiqənin keçirilməsinin məqsədi məktəblilərin bədii təxəyyüllərini üzə çıxartmaq və yazılı nitqlərini inkişaf etdirməkdir. Müsabiqənin yekununda təqdim olunan esselər arasında ən yaxşıları təşkil edilən komissiya tərəfindən seçilərək kitab halında çap ediləcəkdir.

Müsabiqənin şərtləri aşağıdakı kimidir:

• Müsabiqədə yalnız “Məktəblinin dostu” layihəsi tətbiq edilən məktəblərin VII-VIII sinif şagirdləri iştirak edir.

• Essenin mövzusu şagirdlərin məktəb həyatını - onların sinif yoldaşlarına və müəllimlərinə münasibətlərini özündə əks etdirməlidir.

• Hər bir şagird əlyazma formasında şəxsən yazdığı yalnız 1 esseni 15 mart 2022-ci il tarixinə qədər özləri haqqında məlumatla (adı, soyadı, ata adı, təhsil aldığı müəssisə və oxuduğu sinif) birgə təhsil aldığı məktəbə təqdim etməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi