I Qarabağ Savaşı şəhidi Əliheydər Kazımov

    28.02.1963-cü tarixində məktəbimiz şərəflə adını daşıdığı I Qarabağ Savaşı şəhidi Əliheydər Kazımovun doğum günüdür. Qürur və ehtiram hissi ilə anırıq. Allah rəhmət etsin.

 

Fəxrimiz Əliheydər Əliağa oğlu Kazımov

 

Əliheydər Əliağa oğlu Kazımov 1963 –cü ildə Əlibayramlı şəhərində anadan olmuşdur.1970 – ci ildə şəhərdəki orta məktəbin I sinifinə daxil olub, V sinifə qədər burada oxumuşdur.Sonra təhsilini Bakının Səbail rayonundakı H.Cavid adına 132 saylı orta məktəbdə davam etdirərək VII sinfi bitirmişdir.

Əliheydər Kazımov təxminən 1976-1980- ci illərdə Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano şöbəsində oxumuşdur.

1990-1992-ci illərdə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 saylı orta məktəbdə musiqi müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdı.Musiqini dərindən bilən, onu xüsusi bacarıqla tədris edən Əliheydər Kazımov az bir zamanda nəinki məktəb kollektivinin,eyni zamanda,rayonun pedaqoji ictimaiyyətinin hörmətini, ehtiramını qazanmışdı.

1992-ci il iyunun 4-də digər qəhrəman, qeyrətli Azərbaycan oğulları kimi Əliheydər Kazımov da müharibə bölgələrinə , vətənin müdafiəsinə yollandı.

1992- ci il iyunun 20-də Füzuli rayonunun Qacar kəndi uğrunda gedən ağır döyüşlərin birində yaralanaraq Bakıya gətirilmiş, lakin qrad qəlpələrinin zəhərindən sağalmaz yaralar, bədən xəsarəti almış Əliheydəri yenidən həyata qaytarmaq mümkün olmamışdı.

1992-ci il iyulun 2-də Əliheydər Kazımov  həyatla vidalaşdı, gözlərini əbədi yumdu.Şəhidlik  adlı müqəddəs zirvəyə ucalanlardan oldu. Əliheydər Kazımov ailəli idi. Bir oğlu var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi