Partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr

    Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, qətiyyətli İdarəsi və ordumuzun rəşadəti nəticəsində xalqımızın ən böyük arzusunun gerçəkləşməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi dövlətçiliyimizin ən şərəfli səhifəsidir. Bu tarixi Zəfər Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı , dünyada qalib xalq , məğlubedilməz dövlət kimi özünü təsdiqlədi.

    Təbii ki, əbədi və əzəli torpaqlarımıza qovuşan hər bir vətəndaşımız səbirsizliklə həmin əraziləri ziyarət etmək istəyir. Lakin mənfur düşmənin törətdiyi əməllərin fəsadları qalmaqla yanaşı, işğaldan azad edilmiş torpaqlarımıza xüsusi icazə olmadan gedən mülki vətəndaşlar, o cümlədən gənclər arasında minaya düşərək həlak olan və ya yaralananlara təəssüf ki, rast gəlinir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli, F–416 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin müəllim, şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in ümumi təhsil müəssisəsində tədris prosesində icrasının təmin edilməsi məqsədilə, Bakı şəhəri 228 nömrəli tam orta məktəbin həyat bilgisi və biologiya fənni tədris edən biologiya müəllimi Salmanzadə Fərman müəllim 7 a sinfində və məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq fənni üzrə rəhbəri Hüseynov Sahib müəllim tərəfindənTexniki və Təbiət təmayüllü 10 t sinfində “Açıq dərs” keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi