Partlayış təhlükəsinə qarşı maarifləndirilmə

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 avqust 2021-ci il tarixli,F–416 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin müəllim, şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr”in ümumi təhsil müəssisəsində tədris prosesində icrasının təmin edilməsi məqsədilə, Bakı şəhəri 228 nömrəli tam orta məktəbin həyat bilgisi və biologiya fənni tədris edən biologiya müəllimi Salmanzadə Fərman müəllim 7 a sinfində və məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq fənni üzrə rəhbəri Hüseynov Sahib müəllim tərəfindən Texniki və Təbiət təmayüllü 10 t sinfində “Açıq dərs” keçirildi. Təlimçilər təhlükəsizlik qaydaları ilə bağlı “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda məlumqt verib. Tədbirdə II Qarabağ Savaşı içtirakçısı, Şuşa, Cəbrayıl, Xocəvənd və Füzuli uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə medallarla təltif olunmuş qazi, 228 saylı məktəbin məzunu Xəlilov Ziyəddin və məktəbin direktoru Səkinə Rzayeva da iştirak edib.

Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib.

Məlumat verilib ki, minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlamamış sursat təhlükəsinə dair maarifləndirmə sahəsində icra edilən tədbirlər işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qurumların nümayəndələri, eləcə də mülki əhali arasında mina hadisələrinin qarşısının alınması və əhalinin təhlükəsiz yaşam tərzinin yaradılması baxımından mühüm rol oynayır. Bu baxımdan təlimin başlıca məqsədi şagirdlərin əldə etdikləri məlumatlardan zərurət yarandığı halda yararlanmasıdır.

Sonda iştirakçılara təhlükəsizlik nişanları, işarələri, mina və sursatların növlərini, ümumi əlamətlərini əks etdirən maarifləndirici və xəbərdaredici broşürlər və posterlər, eləcə də əsas təhlükəsizlik qaydalarına dair Təlimat kitabçaları təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi