"Təhsil müəssisələrində strateji planlaşdırma"
Fevralın 18-də "Təhsil müəssisələrində strateji planlaşdırma" adlı seminarda 228 nömrəli tam orta məktəbin direktoru Səkinə Rzayevada iştirak edib. Seminar Azərbaycan Dövlət Pedaqoji Universitet ve T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetdə baş tutan seminarda Türkiyənin TED Universitetinin Təhsil Fakültəsinin dekanı, professor Yüksel Kavak "Təhsil müəssisələrində strateji planlaşdırma" barədə təqdimatla çıxış edib, iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, Yüksel Kavak Təhsil Nazirliyi yanında İctimai Şuranın və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə "Təhsilə ictimai baxış" silsiləsindən "Məktəb-valideyn tərəfdaşlığı" mövzusunda keçirilən müzakirədə iştirak etmək məqsədi ilə Bakıda səfərdədir.