Tədris-Metodiki Şuranın yeni tədris ilində ilk iclası keçirildi

Tədris-Metodiki Şuranın yeni tədris ilində ilk iclası keçirildi.İclası Şuranın sədri Rimma Hüseynova açdı. Yeni təsdiq olunmuş metodbirləşmə rəhbərlərinin təqdimatları oldu.Metodbirləşmələrin fəaliyyət planları, dərs dinləmələrin cədvəlləri təsdiq olundu.Gündəliyin ən "qaynar" məsələsi məktəbimizdə mövcud olan evdə təhsil tədris sisteminin müzakirəsi oldu. Bildiyiniz kimi,Qaradağ rayonu üzrə evdə təhsil tədris sistemi yalnız bizim məktəbə təhkim olunub. Faktiki olaraq,parallel "ikinci məktəb" məktəbimizə əlavə olunub.Bu sistemdə əqli və fiziki cəhətdən məhdud olan şagirdlər təhsil alırlar. Zamanımız, enerjimiz məhdudsuz olmasada biz bu şagirdləri diqqətdən kənarda qoya bilmərik, onlara dövlətimiz tərəfindən müəyyən edilən tədris planlarına əsasən təhsil proqramını tam təmin etməliyik.Katastrofik sıxlıq və dərs yüklərinin çatışmamazlığı problemini yaşayan məktəbimiz evdə təhsilin hesabına bu problemi "yumşalda" bilər. Lakin, müəllimlərimizdən qəti xahiş olundu: burada tədris intizamını, təhsilin keyfiyyətini yeni tələblərə uyğunlaşdırmaq lazımdır.Əks təqdirdə həmin dərs yükləri daha intizamlı müəllimlərə əmrləşdiriləcək. Sonda evdə təhsil ilə bağlı növbədənkənar Pedaqoji Şuranın çağırılması qərara alındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi