Xəzər dənizini plastik tullantılarla çirklənmədən qoruyaq
Plastik tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması haqqında məlumat vermək, ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, Xəzər dənizini plastik tullantılarla çirklənmədən qorumaq məqsədilə maarifləndirici görüş keçirilib. Şagirdlərlə aparılan söhbət zamanı bildirilib ki, tullantı əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşya, maddə və materiallar toplusudur. Tullantıların idarə edilməsi sisteminin təşkili zamanı təkrar xammal əldə etmək mümkündür ki, bu da, öz növbəsində, ekoloji və iqtisadi baxımdan əhəmiyyətlidir. Daha sonra məktəbin UBTR Xalidə İbrahimovanın təşkilatçılığı ilə şagirdlərlə dənizkənarı sahədə iməclik təşkil edilib. Şagirdlər iməclikdə həvəslə iştirak edərək plastik tullantıları toplayıblar