Diaqnostik qiymətləndirmə aparılıb
Əliheydər Kazımov adına 228 №-li məktəbin IX siniflərində 15.02.2022-ci il tarixdə diaqnostik qiymətləndirmə aparılıb. IX siniflərdə təhsilin keyfiyyətinin artırılması məqsədilə keçirilən diaqnostik imtahanda bütün IX sinif şagirdləri iştirak edib. 90 dəqiqə keçirilən imtahanda şagirdlər Azərbaycan dili, ingilis dili və riyaziyyat fənnindən açıq və qapalı sualları cavablandırıblar. Nəzarətçilərin iştirakı ilə qiymətləndirmə şəffaf keçirillib.
Məqsəd zəif təlim nəticəli şagirdlərin müəyyənləşdirilməsi və həmin şagirdlərlə məqsədyönlü işin təşkilidir.