"Davranış qaydaları" haqqında psixoloji söhbətlər
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu Mehriban Quliyevanın rəhbərliyi ilə VI siniflərlə "Davranış qaydaları" haqqında psixoloji söhbətlər aparılıb. Görüş zamanı Mehriban Quliyeva çıxış edərək davranış qaydaları, kollektivdə konflikt şəraitinin aradan qaldırılması yolları haqqında tövsiyələr verib. Psixoloqu dinlədikdən sonra şagirdlər rəylərini bildirib.
Söhbətin aparılmasında məqsəd yeniyetməlik dövrünə keçidlə bağlı şagirdin həyatında baş verən dəyişiklikləri öyrənmək, yeni mərhələ ilə bağlı onlara kömək etməkdir.