"Radiasiya" adlı intellektual yarışma

    10 fevral 2022-ci il tarixdə məktəbin fizika müəllimi Həcər Bayramovanın təşkilatçılığı ilə VI siniflər arasında "Radiasiya" adlı intellektual yarışma keçirilib. Paralel VI siniflər arasında keçirilən bilik yarışında şagirdlər komandalara bölünüb. Sonda məktəbin VIc  sinif komandası  qalib olub. Qalib komanda və fəal iştirakçılar ayrı-ayrılıqda mükafatlandırılıblar. Yarışda məktəbin direktoru Səkinə Rzayeva, direktor müavini Səadət Həmidova, məktəbin fizika müəllimi Məhəbbət Nəzərova, Gülxar Xəlilova və müəllimlər iştirak edib.

    Bilik yarışının keçirilməsində məqsəd şagirdlər arasında rəqabəti gücləndirmək, istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməklə fizika elminə maraq oyatmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi