Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi - Mübariz İbrahimov

    Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar. Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Onları anmaq, xatirələrini hər zaman əziz tutmaq hər birimizin borcudur. 07 fevral hər bir Azərbaycanlının qəlbində taxt quran Milli Qəhrəmanımız Mübariz İbrahimovun il dönümüdür. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov hər kəsin qəlbində əbədi yaşayacaqdır. Milli qəhrəmanın il dönümü ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Səadət Cavadova 5"B" sinfində dəyirmi masa təşkil edib. Qəhrəmanımız haqqında ürək dolusu çıxış edən şagirdlər onun Vətənə olan sevgisindən bəhs ediblər. Səadət müəllimə çıxış edərək bildirib ki, Vətən Mübariz üçün hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi