Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar

Xüsusi qayğıya ehtiyacı olan uşaqların adi siniflərə daxil olması ilə bağlı konkret tövsiyələr:

 Diqqətinizi şagirdin zəif yox, güclü tərəfləri üzərində cəmləyin.

 Multisensor yanaşmadan (eşitmə, vizual, manipulyativ) istifadə etməklə məzmunu kiçik hissələrlə təqdim edin. Mümkün qədər çox təkrar edin və möhkəmləndirin.

 Uğurları üçün şagirdi tərifləyin.

 Tapşırıqların yerinə yetirilməsini təhlil edin.

 Nə qədər ki, şagird eyni vaxtda verilən bir neçə göstərişi anlaya bilmir, təlimatları bir-bir

verin.

 Valideynlərin övladlarının əldə etdikləri ən kiçik uğurları belə görə bilmələrinə yardım edin.

 Tapşırığın yerinə yetirilməsində tələb olunan yeni bacarıqların tətbiqini təcrübədən keçirə

bilmələri üçün şagirdlərə vaxt verin və imkan yaradın.

Eşitmə ehtiyacları olan şagirdlərlə işləyərkən :

 Uşağın valideynləri, surdoloq, eşitmə orqanlarının pozuntusu üzrə mütəxəssis və loqopedlə peşəkar münasibətlər yaradın.

 Onların hər biri ilə sıx əlaqə saxlayın.

 Şagirdin diqqətini cəlb etməyə cəhd göstərin, ona adı ilə müraciət edin

 Dərs zamanı şagirdin danışmağa başlaması və qurtarması üçün kifayət qədər vaxt ayırmaqla onu şifahi dildən istifadə etməyə həvəsləndirin.

Kommunikativ (ünsiyyət) ehtiyacları olan şagirdlərlə işləyərkən :

 Diqqətlə dinləməyi bacarın.

 Ünsiyyət ehtiyacı olan şagirdin atdığı hər bir addımın danışıq formasında təkrar edilməsi

nitqin stimullaşdırılmasında ona yardımçı olur .

 Şagirdlərə şifahi nitqin istifadə olunmasının məqsədlərini izah edin (məsələn: məlumat

mübadiləsi, izahatların verilməsi, diqqət cəlb edilməsi, hisslərin ifadə olunması və s).

Fiziki ehtiyacları olan şagirdlərlə işləyərkən:

 Xüsusi qayğıya ehtiyacı olan şagirdlə necə davranmaq, onu necə yerləşdirməklə bağlı

fizioterapevtlə məsləhətləşin.

 Uyğunlaşdırılmış avadanlıqla tanış olun və ondan istifadə etməyi öyrənin.

 Sinifdə elə şərait yaradın ki, burada uyğunlaşdırılmış avadanlıqdan istifadə etmək mümkün olsun.

 Şagirdi fiziki olaraq yerinə yetirməyə qabil olduğu hər bir işi görməyə həvəsləndirin və bu zaman ona yardımçı olun.

 Diqqəti fiziki inkişaf tələb etməyən qabiliyyətlər üzərində cəmləməklə uşaqda müstəqillik hissini inkişaf etdirin.

Görmə qüsurları olan şagirdlərlə işləyərkən:

 Uşağın nəyi görə bildiyini və hansı materialların onun üçün daha əlverişli olacağını müəyyənləşdirmək üçün valideyn və göz xəstəlikləri üzrə mütəxəssislə məsləhətləşin.

 Sinif otağında mebellərin düzülüşü, materialların necə yerləşdirilməsi ilə uşağı tanış edin.

Hər hansı bir dəyişiklik baş verdikdə əşya və materialların yeni yerini uşağa göstərin.

 Uşağın toxunma, əşyalarla manipulyasiya etmə, dinləmə tələb edən tapşırıqları yerinə

yetirməsində iştirak etməsi üçün mümkün qədər çox imkan yaradın.

 Yeni fəaliyyət növünə keçməmişdən əvvəl nə baş verəcəyini izah edin.

 Əmin olun ki, görmə ehtiyacları olan şagird müəllimi, əyani vəsaitləri, digər şagirdləri yaxşı görmək üçün kifayət qədər yaxında oturub.

Xüsusi qayğıya ehtiyacı olan uşağı sinfə daxil edərkən tədrisdə və sinif mühitində bir sıra

dəyişikliklər etmək tələb olunur. Bu, müəllimlər qarşısında müəyyən problemlər yaratsa da,

əminliklə demək olar ki, əldə olunan nəticələr sərf olunan əməyə dəyər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi