Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar
Xüsusi qayğıya ehtiyacı olan uşağın təhsildə uğurunun olub-olmamasına təsir göstərən başqa faktorlar da mövcuddur. Bunlar uşağın ailəsinin vəziyyəti, imkanları, dövlət tərəfindən verilən təminat, mütəxəssislər (loqoped, fizioterapevt, əmək terapevti), qeyri-hökümət təşkilatları tərəfindən təklif olunan dəstək və məktəbdə müəllimlə şagird arasında yaranan münasibətləri əhatə edir. Hər hansı bir xüsusi qayğıya ehtiyacı olan uşağın təhsilə və cəmiyyətə uğurlu inteqrasiyasından söhbət
açanda məhz bu faktorların əlaqəli olması və hər birinin lazımi səviyyədə vurğulanması zəruridir. Ona görə də, məktəbdə inklüziv təhsil barəsində qərar verdikdə uşağın diaqnozunun “çətin” olubolmamasını yox, onun inkişaf xüsusiyyətlərinə və onlara təsir göstərən faktorlara kompleks şəklində baxılmalıdır və zəruri dəstək təmin edilməlidir. Əks halda məktəb mühiti xüsusi qayğıya ehtiyacı olan uşağın vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxara bilər. İngiltərənin təhsil siyasətində işlənən rəsmi sənəddə qeyd edilir : “Hər an nəzərə alınmalıdır ki, təhsildə qarşıya çıxa biləcək çətinliklərin səbəbi məhz məktəb mühiti, uşaqlar və böyüklər arasında yaranan münasibətlər ola bilər"