Kiçik Akademiya Mərkəzləri rəhbərlərinin görüşü keçirilib
04 fevral 2022-ci il tarixdə Bakı şəhəri 276 saylı məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərovla Bakı şəhəri üzrə 12 inzibati rayonun Kiçik Akademiya Mərkəzləri rəhbərlərinin görüşü keçirildi.
Qeyd edək ki, Hüseyn müəllim hazırda həm də Bakı Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası” kafedrasına rəhbərlik edir. Bakı Dövlət Universiteti nəzdində filologiya üzrə elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının üzvüdür. 3 monoqrafiyanın, 70-dən çox elmi məqalənin, ali məktəblərin filologiya fakültələri, həmçinin ümumi təhsil məktəbləri üçün xeyli dərslik, dərs vəsaiti və tədris proqramlarının müəllifi, 11 doktorant və dissertantın elmi rəhbəridir.
Elmi əsərləri Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Polşa və başqa ölkələrdə çap olunub.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 1 oktyabr tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2017-ci ildən YAP Binəqədi Rayon Təşkilatının sədr müavinidir.
Dəyirmi masa xarakterli tədbir zamanı Hüseyn müəllim akademistləri dinlədi, məktəblərdəki Kiçik Akademiyaların fəaliyyəti zamanı mövcud problemlərlə maraqlandı. Müzakirələrdə bir sıra məktəblərin direktorları, o cümlədən də Bakı şəhəri Ə.Kazımov adına 228 saylı məktəbin direktoru Səkinə Rzayeva da iştirak edirdi. Səkinə Rzayeva çıxış edərək 2015-ci ildən bu günə kimi Kiçik Akademiyaların fəaliyyəti ilə bağlı təcrübəsini bölüşdü.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf Layihləri üzrə sektorun baş məsləhətçisi Sevinc Əzimova da iştirak edirdi.
Görüşdə 228 saylı məktəbin Texniki və Təbiət Təmayüllü X T sinif şagirdi, məktəbin Kiçik Akademiya rəhbəri, Respublika Fənn Olimpiadasının riyyaziyyat fənni üzrə (56 balla) yarımfinalçısı Oruc Fətullayev də iştitak edirdi.
Hüseyn müəllimin şagirdlər üçün yaratdığı bərəbərhüquqlu mühit və söz azadlığından istifadə edərək Oruc Fətullayev də Kiçik Akademiya ilə bağlı fikirlərini bölüşdü.
Tədbirdə iştirak edən akademistlərin çıxışlarında "Sabahın alimləri"ni kəşf edən Hüseyn müəllim onların problemləri ilə yaxından tanış oldu və onların aradan qaldırılmasında köməklik göstərəcəyini dedi.