Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar
Sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsi – orta ümumtəhsil məktəblərində də diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında elmin, təhsilin və tərbiyənin rolu böyükdür.
Bu uşaqlar dövlət qayğısı ilə əhatə olunurlar. Eləcə də, məktəbimizin xüsusi qayğıya ehtiyacı olan şagirdləri hər zaman məktəb direktoru Səkinə Rzayeva və fərdi təhsildə şagirdlərə təlim-tərbiyə verən bütün müəllimlərimizin diqqət mərkəzindədir.