Sinif təşkilat saatları keçirilib
“20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən Bakı şəhəri 228 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunan xüsusi dərslər keçirilib.Həmçinin təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə bağlı konfransların, seminarların, mühazirələrin və “Dəyirmi masa”ların təşkili olunub.
Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgiləri, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Qeyd olunan tədbirlərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.