Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendumu ilə bağlı məktəbimizdə 2 seçki məntəqəsi fəaliyyət göstərirdi
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendumu ilə bağlı məktəbimizdə 2 seçki məntəqəsi fəaliyyət göstərirdi.Qaradağ rayonu YAP təşkilatının sədri, AR Milli Məclisinin deputatı Aydın müəllim Hüseynov məktəbimizdə olmuş, referendumun gedişatı ilə maraqlanmış, məktəbimizdə təşkilatı işlərin həmişə yüksək səviyyədə olduğunu vurğulamış, məktəbdə gedən yenidənqurma, quruculuğ işlərini yüksək qiymətləndirmişdır. "Mən bu məktəbdəki gedən işlərə, başda Azər müəllim olmaqla bütün lazım olan siyası dəstəyi verirəm və verəcəm.Bu məktəb dövlətimizin, Ulu Öndərimizin, Prezidentimizin ideyaları ilə yaşayır və burada aparılan bütün işlər, yeniliklər tamamilə dövlət maraqlarına cavab verir. Biz bu işləri yalnız dəstəkləməliyik!"Çoxhörmətli deputatımız, dövlətimizə həmişə sədaqəti ilə seçilən, səmimi, ziyalı insan, əziz Aydın müəllimə bütün kollektivimiz adından səmimi təşəkkürlərimizi bildiririk!