"Düşüncəli oxucu" layihəsi
Şagirdlərimiz "Düşüncəli oxucu" layihəsində iştirak edəcəklər.
Azərbaycan Respublikası Təhsil nazirinin 29.12.2021-ci il tarixli F-597 nömrəli əmrinə əsasən təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılması məqsədilə “Düşünən oxucu” müsabiqəsi təşkil olunur. Müsabiqə ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında keçirilir. Müsabiqə iştirakçıları “Düşünən oxucu” müsabiqəsi üzrə oxu ədəbiyyatının siyahısı”nda göstərilmiş 35 ədəbiyyat nümunəsindən biri üzrə müsabiqənin şərtlərinə uyğun olaraq videotəqdimat hazırlayacaqlar.