“Kompüter əsri olsa da, kompüter əsiri olmayaq”
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu Mehriban Quliyeva tərəfindən VII sinif şagirdlərinin iştirakı ilə “Kompüter əsri olsa da, kompüter əsiri olmayaq” mövzusunda görüş keçirilib.
Mehriban Quliyeva yeniyetmələri internetin zərərli tərəflərindən qorumaq haqqında ətraflı məlumat verib,şagirdlərlə fikir mübadiləsi və müzakirələr aparılıb. Çıxış edən şagirdlər kompüter və internetdən bilik və bacarığı artırmaq məqsədilə necə faydalanmağın yollarından bəhs ediblər.