Qaradağ rayonu İcra hakimiyyəti Başçısının müavini Təranə xanım İsmayılova bir qrup əməkdaşları ilə məktəbimizdə olmuşdurlar
Qaradağ rayonu İcra hakimiyyəti başçısının müavini Təranə xanım İsmayılova bir qrup əməkdaşları ilə məktəbimizdə olmuş, məktəbin rəhbər heyəti ilə, bir qrup müəllimlər və şagirdlərlə görüşmüş, onların məktəbdə gedən islahatlar və yenidənqurma işləri barəsində fikirlərini öyrənmişlər.Təranə xanım məktəb rəhbərinin son iki ildə gördüyü işləri yüksək qiymətləndirmiş, məktəbi Qaradağ rayonunun ən nümunəvi məktəbi kimi dəyərləndirmişdir .Məktəbin kollektivinə və rəhbər heyətinə üz tutaraq Təranə xanım tövsiyə etmişdir: "Azər müəllim kimi məktəb idarəçilərini qorumaq lazımdır, bu insan işini sevir, dövlətinə layiqincə xidmət göstərir,bütün enerjisini məktəbə sərf edir.Bu məktəb rayonun ən geridə qalmış məktəbi idi, indi baxın, ən öndə gedənidir.Azər müəllimə maneəçilik törədənləri ictimai qınaqla zərərləşdirmək lazımdır.Bu insanlara "bazar" lazımdır,məktəb yox,ona görə onların qarşısını almaq lazımdır".Çox hörmətli Təranə xanıma, bizi dəstəklədiyinə, təhsilə, ziyalılığa yüksək qiymət verdiyinə görə səmimi təşəkkürlərimizi bildiririk!