Məktəbimizin Ağsaqqallar Şurasının Sədri Adil müəllim Şükürovla görüş
Məktəbimizin Ağsaqqallar Şurasının Sədri Adil müəllim Şükürov yeni tədris ilində növbəti dəfə məktəbdə olmuş, tədris prosesində və ümumiyyətlə məktəbdə mövcud vəziyyətlə maraqlanmış, kollektivin artıq məktəb rəhbəri ətrafında birləşmələrini və məktəbdə gedən yenidənqurma işlərini dəstəklədiklərini xüsusi vurğulamış, bunun baris nümunəsi kimi məktəbin ötən tədris ilini yüksək nəticələrlə başa vurmasını qeyd etmişdir."Azər müəllim, üzünüzə demək olmasın, qısa müddət ərzində bura kimi mürəkkəb mexanizmi dəyişmək üçün, sözünüzün üstündə durub geri çəkilməmək üçün böyük sücayət və iradə lazımdır.İlk mərhələlərdə sizi bəyənməyənlər çox idi, indi demək olar ki, bütün 200 nəfərlik kollektiv, 4-5 nəfəri istisna etməklə sizi dəstəkləyir və sizin getməyinizi istəmir.Müəllimlər deyir ki, biz inanmazdıq ki,məktəbi belə dəyişmək olar,deməli rəhbərdən çox şey asılıdır", -Adil müəllim qeyd etmişdir.Xoş sözlərə görə təşəkkür edirik,əziz Adil müəllim.Sizə uzun ömür,möhkəm can sağlığı arzulayırıq.Sizin Ağsaqqal məsləhətlərinizə və tövsiyyələrinizə həmişə ehtiyacımız var!