Bilik günümüz məktəbin növbəti tarixi hadisəsi ilə yadda qaldı 15.09.2016
Bilik günümüz məktəbin növbəti tarixi hadisəsi ilə yadda qaldı.Məktəb reytinqinin və valideyn məmnunluğunun ən etibarlı "indikatoru" olan birinci siniflər məktəbimizdə rekordlar həddini aşdı:7 (yeddi!!!) birinci sinfimiz açıldı yeni tədris ilində. 1963-cü ildən fəaliyyət göstərən məktəbimizin bu ən yüksək nəticəsidir.Bu valideynlərin və Qaradağ rayonu sakinlərinin məktəbimizə göstərdikləri ən yüksək etimaddır.Hörmətli valideynlərimizi əmin edirik ki, övladlarına olan qayğıları məktəbdə davam edəcək.Var-qüvvəmizlə, bütün potensialımızla çalışacıq ki, övladlarınız məktəbdə özlərini rahat hiss etsin və keyfiyyətli təhsil alsın.