Diaqnostik qiymətləndirmə keçirilib
Dekabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflərdə buraxılış imtahanlarına uyğun diaqnostik qiymətləndirmə keçirilib.
Diaqnostik qiymətləndirmə saat 10:00-da başlanılıb. İmtahan Azərbaycan bölməsi üzrə 3 fəndən Azərbaycan dili, Riyaziyyat və Xarici dil (İngilis ), Rus bölməsi üzrə Rus dili , Riyaziyyat və İngilis dili fənnindən aparılıb. Şagirdlər onlara təqdim olunan açıq və qapalı tipli sualları cavablandırıblar.
Məqsəd şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili (rus dili), riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılmasıdır.