S.Yeseninin muzeyinə ekskursiya
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 5"İ"-nin sinif müəllimi Sevinc Zeynalova və rus dili - ədəbiyyatı müəllimi Milena Mahmudovanın təşkilatçılığı ilə görkəmli rus şairi S.Yeseninin muzeyinə ekskursiya təşkil edilib. Milena müəllimə şairin zəngin yaradıcılığından söhbət açıb. S.Yeseninin təkrarolunmaz əsərlərinin dəfələrlə Azərbaycan dilinə tərcümə olunması haqqında məlumat verib. Bələdçi muzeydəki eksponatlar barədə iştirakçılara məlumat verib. Şagirdlər şairin şeirlərindən parçalar səsləndirib.
Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarətdir.