Məktəbin xüsusi qayğıya ehtiyacı olan şagirdlərinin təlim-tərbiyəsi diqqət mərkəzindədir

    2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslər qeyd olunmuş, SİM uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş və bunun həyata keçirilməsinin zəruriliyi göstərilmişdir.

    228 saylı məktəb XQEO uşaqların ümumi təhsili üzrə Qaradağ rayonu məktəbləri arasında regional mərkəzdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar xəstəlik diaqnozundan asılı olaraq ümumi və xüsusi proqramla evdə və məktəbdə təhsil alırlar. Sağlamlıq imkanları məhdud şagirdlərin təlim-tərbiyəsi məktəb rəhbərliyinin diqqət mərkəzindədir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi