"İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa
Məktəbin illik fəaliyyət planına uyğun olaraq 18.11.2021-ci il tarixində Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin 10 "B" sinfində "İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masanın təşkilatçısı Mehriban Quliyeva insan alveri, onun qurbanları haqqında bəhs edib. Məktəbin 8 "A" sinif şagirdi Nuqrəzadə Murad hazırladığı slaydı təqdim edib. Daha sonra şagirdlər mövzu ilə əlaqədar video çarxlar izləyib.