Valideyn iclası keçirilib
Məktəbin illik fəaliyyət uyğun olaraq məktəbimizdə valideyn iclası keçirilib. İclasda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb Vəliyeva , Esmira Zeynalova , fənn müəllimləri və valideynlər iştirak ediblər.
İclasda şagirdlərin gündəlik davranış qaydaları, tədrisin keyfiyyəti məsələləri və s. qarşılıqlı müzakirə olunub.
İclas zamanı bütün karantin qaydalarına əməl edilib valideynlərin vaksin pasportu yoxlanılıb.
Məqsəd məktəbin nəticələri və şagird nailiyyətləri barədə obyektiv hesabat əsasında valideynlərin məlumatlandırılması, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi, müəllim və valideynərlə birlikdə təhsilalanların meyl və maraqlarını öyrənilməsi, şagirdlərin təlim-tərbiyəsində ortaya çıxan çətinlikləri birlikdə aradan qaldırmaq və şagirdlərin təlim nəticələrini müzakirə edilməsidir.