Hörmətli valideynlər və şagirdlər

Hörmətli valideynlər və şagirdlər!Yeni tədris ilində arxada qalan tədris ilində olduğu kimi məktəbli geyimə xüsusi nəzarət edəcik.Məktəbli geyim təkcə inzibati tələb deyil, bu, həmçinin, bir mədəniyyətdir, estetik mədəniyyət, məktəb, təhsil mədəniyyəti.Bunula yanaşı, vahid məktəbli geyim sosialyönümlü tədbirdir: şagirdlər,uşaqlar,yeniyetmələr arasında bərabərlik mühiti formalaşdırır, sosial fərqləri aradan qaldırır, uşaqları bir-birinə mehribanlaşdırır, aztəminatlı ailədən olan uşağın təmin olunmuş yeniyetməyə qarşı müəyyən mənfi hisslərə şərait yaratmır...Və,nəhayət, məktəbli geyim iqtisadiyyatımıza dəstək verə bilən addımdır. Mağazalardan aldığınız Çin, Türkiyə və s. dövlətlərin məhsulu həmin dövlətlə gəlir gətirir,orada iş yerlərinin artırılmasına,istehsalın inkişafına səbəb olur.Amma öz dövlətimizin istehsalı olan məktəbli geyimlərin alınması Azərbaycan istehsalına təkan verir, bizim vətəndaşlarımıza iş yerləri yaradır, iqtisadiyyatımızı inkişaf etdirir.Odur ki, xahiş olunur artıq bu barədə işlərinizi nizamlayın, məktəbli geyimləri əldə edin, ilk gündən məktəbə məktəbli geyimlə gələrək mədəniyyət nümunəsi olun.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi