Əziz dostlar, hörmətli valideynlər, dəyərli müəllimlərimiz,əməkdaşlarımız, əziz şagirdlərimiz

Əziz dostlar, hörmətli valideynlər, dəyərli müəllimlərimiz,əməkdaşlarımız, əziz şagirdlərimiz!Öncə məktəbimizin 1-ci siniflərə qəbulla bağlı müsbət tarixi dinamikasından qeyd etmişdik.Bu günlərdə məktəbimizin növbəti tarixi uğuru barədə statistika açıqlanıb: Dövlət İmtahan Mərkəzinin (TQDK-nın) 9-cü siniflərin buraxılış imtahanlarının nəticələrinə dair statistik hesabatına görə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 311 məktəbdən məktəbimiz bu il 268-ci yerdən 190-cı yerə yüksəlmişdir və Qaradağ rayonu üzrə 3-cü yerdə qərarlaşmışdır!Digər tərəfdən, reytinq siyahısnda cari tədris ili ərzində 78 pillə yüksələn məktəbimiz Qaradağ rayonunun 1-cisi olmuşdur!Beləliklə, 2014-cü ildə islahatlara start verərkən Bakı məktəbləri siyahısında sonuncu yerlərdə, Qaradağ rayonunda isə 25 məktəbdən 14-cü yerdə "xəcalət" çəkən məktəbimiz bu gün sürətlə inkişaf edən məktəblər sırasına daxil ola bilmişdir.Tarixi uğurlarımız bununla bitməyib. 11-siniflərin məzunları arasında bi il 3 nəfər 600 baldan yuxarı, 5 nəfər 500 baldan yuxarı nəticə göstərmişdir. Bu məktəbimizin tarixində TQDK-nın yarandığı gündən ilk bu kimi yüksək nəticədir!Bu, həqiqətən, tarixi qələbə münasibəti ilə bütün məktəb kollektivimizi, bizə dəstək verən,bizi başa düşən valideynlərimizi,şagirdlərimizi səmimi qəbdən TƏBRİK EDİRİK! Uğurlarınız davamlı olsun!Əslində, hədəfimiz daha yüksək yer tutmaqdan ibarət idi. Lakin ardı kəsilməyən təzyiqlər, müdaxilələr, bəzi hallarda təhsilə aidiyyatı olmayan şəxslər tərəfindən bizə təhsildən "leksiya" oxuyanlar çox zamanımızı aldılar, əsəblərimizi sınaqdan keçirdilər, bizi bir sözlə, çox incciddilər, maraqlıdır, bu proses davam edir...Həmin insanlara müraciət edərək demək istəyirik: Hörmətli təhsil işçiləri! Biz 2 ilə yaxın müddətdə çalışdıq Sizinlə bir olaq, birgə əməylə, qarşılıqlı əməkdaşlıqla Cənab Nazirimizə mürəkkəb,ağır təhsil sistemində islahatları daha qısa müddətdə başa çatdırıb inkişaf etdirməkdə dəstək olaq,yeni təhsil modelini Azərbaycanın müxtəlif bölgələinə,xüsusilə, əksər hallarda yeniliklərdən məhrum olan əyalətlərə gətirək, "mərkəz sivilizasiyasından" uzaq düşən insanlara bu sivilizasiyanı yaşadıqları ərazilərə gətirək.Cənab Prezidentimiz İlham Əliyev, Azərbaycanın 1-ci Xanımı Mehriban xanım Əliyeva Azərbaycanın müxtəlif bölgələrində hər il bir-neçə yeni inşa olunmuş və ya təmir olunmuş məktəblərin açılış mərasimlərində şəxsən iştirak edir, məktəblər istənilən avadanlıqlarla, maddi-texniki baza ilə yüksək səviyyədə təchiz olunur. Əslində bu bütün cəmiyyət və dövlət qurumları, o cümlədən bu sahədə çalışan dövlət qulluqçuları üçün bir "işarədir".Bu baxımdan, işlədiyimiz müddət ərzində vicdanla çalışdıq, 2ildir istirahət bilmədik nədir, gündəlik işimizdə çay içməyə belə zaman tapmadıq, məktəbimizə gələn valideynlər, qonaqlar bilir: məktəb rəhbərinin qapısı həmişə açıq olur, məktəbə daxil olan hər bir vətəndaşa çalışırıq maksimum dərəcədə kömək edək, gözlətməyək, "get-gələ" salmayaq,incitməyək.Odur ki, hörmətli aidiyyatı təhsil işçiləri, biz sadəcə ƏMƏKDAŞLIQ istəyirik,özüdə qarşlıqlı əməkdaşlıq! "Pan-İnzibatçılıq", "pan-hökmvericilik", "pan-subordinasiyalizm", "yuxarıdan-aşağı" baxış, səhf "ovu" deyil - bütün inkişaf etmiş dövlətlərin təhsil sitemlərində olduğu kimi, TƏHSİLƏ, ZİYALILIĞA xas olan ƏMƏKDAŞLIQ!DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK!!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi