İbtidai sinif müəllimlərimizlə görüşdük
Məktəb rəhbəri rəsmi qaydada cəmi 9 gün məzuniyyətdə oldu, lakin həmin 9 günü də məktəbə sərf etməli olduq. İşimiz yenədə çoxdur.Bu gün müəllimlərimizin ilk iş günü oldu. İbtidai sinif müəllimlərimizlə görüşdük.Məktəbin tarixində yalnız 1991-ci ildə 1-ci siniflərdə 6 sinif, 1996-cı ildə 2 növbəli məktəbdə isə 11 sinif təşkil edilmişdir. Digər illərdə yalnız 2-4 sinif təşkil edilə bilmişdir.Sevindirici haldır ki, bu il məktəbimizin 1-ci siniflərə qəbul statistikasında rekord rəqəmə imza ata bilmişik: 7 sinfimiz artıq təşkil olunub, 8-ci sinif komplektləşdirilir.Bu,əlbəttə ki, məktəb idarəetməsinin tələb olunan istiqamətdə təşkil olunmasından, tədris keyfiyyətinin, intizamının lazımi səviyyəyə çatdırılmasından, valideyn məmnunluğunun artıq qazanmasından xəbər verir.Bu baxımdan, məktəbimizin xeyrinə seçim edən, məktəbimizə etimad göstərən valideynlərimizə səmimi olaraq bütün məktəb kollektivimizin adından təşəkkürlərimizi bildiririk.