"Zəfər bayramı"na həsr olunmuş bayram tədbiri

    02 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Sahil qəsəbəsi Ə.Kazımov adına 228 saylı tam orta məktəbdə "Zəfər bayramı"na həsr olunmuş bayram tədbiri keçirildi. Tədbirdə şəhid ailələri, qazilər, məktəbin direktoru Səkinə Rzayeva, tərbiyə işləri üzrə direktor müavini Cəmilə Nuqrəzadə, icra hakimiyyətinin əməkdaşı Munis Bayramov, müəllimlər və şagirdlər iştirak etdilər.

    Qaradağ İcra Hakimiyyətinin şöbə müdiri Munis Bayramov çıxış edərək tədbir iştirakçılarını müzəffər, şanlı ordumuzun cənab Prezident ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımıza bəxş etdiyi qələbə bayramı, zəfər tarixi münasibəti ilə təbrik etdi. O, gənc nəslə Azərbaycan xalqının keçdiyi zəfər tarixindən və vətənpərvərlik ideologiyasının Ulu Öndərdən miras qaldığını qeyd edərək bu ideologiyanın davam etdirilməsini tövsiyə etdi. Munis müəllim şəhid analarına vüqarlı olmalarını arzu edərək qazilərimizə təşəkkür etdi.

    Məktəbin direktoru öz çıxışında bildirdi ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillərdir. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

    Tədbirdə məktəbin məzunu olmuş şəhid Teymur Rəsulovun sinif rəhbəri İlhamə müəllimə, Ruslan Abbasovun sinif rəhbəri Svetlana müəllimə, qazilər və şəhid anaları çıxış etdilər. Şagirdlər vətənpərvərlik və qələbə ruhlu şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi