Bildiyiniz kimi IX-cu və XI-ci siniflərdə buraxılış imtahanları oldu

Bildiyiniz kimi IX-cu və XI-ci siniflərdə buraxılış imtahanları oldu. Hələ əvvəlcədən səhifəmizdə proqnoz vermişdik ki, nəticələr ürək açan olmayacaq. Proqnozumuz doğru oldu:nəticələr xəcalətvericidir!Əlbəttə,başa düşürük ki, uzun müddət "keyfiyyətə" deyil, kəmiyyətə istiqamətlənən məktəb sadəcə suni şəkildə siniflərin,şagirdlərin,dolayısı yol ilə dərs yüklərinin artırılması ilə məşğul olub, lakin bu çıxış yolu deyil.Məktəbə göndərilən şagirdin valideyni məktəbdən keyfiyyət gözləyir.Digər tərəfdən, təhsilə xüsusi qayğı ilə yanaşan dövlətimiz, dövlətimizin Başçısı cənab Prezidentimiz məktəblərdən fərqli nəticələr və keyfiyyətlər gözləyir.9 ilə 7 düzgün cavab yaza bilməyən şagird buraxan məktəb və pedaqoji heyət kimə lazımdır? Dövlət büdcəsindən 9 il maliyyələşən və təchiz olunan məktəbin şagirdi buraxılış imtahanlarında ana dilindən "2" alacaqsa - bu dövlət vəsaitin müqavilində pedaqoji heyət hansı məsuliyyət daşıyacaq?Bax bu barədə il boyu günləri yaslarda, toylarda,bülletenlərdə, qohum-əqrabanın bütün xeyir-şər məclislərində vaxt keçirən, şagirdləri siniflərdə əvəz olunan dərslərdən "boğaza gələn",sonra isə dərs yüklərində "məhdudiyyətlər" görəndə müxtəlif instansiyalara şər və böhtanlarla dolu teleqramlar,şikayətlər ünvanlayan müəllimlər çox ciddi şəkildə düşünməlidir!Valideynlərə isə tövsiyyələrimiz var:övladlarınızın təhsilinə və tərbiyəsinə nəzarəti artırın! Heç bir məşğuliyyət növü,zamanın olmaması və s. səbəblər sizlərə haqq qazandırmır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi