Buraxılış imtahanlarında iştirak edəcək şagirdlərlə və onların valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi
Buraxılış imtahanlarında iştirak edəcək şagirdlərlə və onların valideynləri ilə məktəb rəhbərliyinin görüşü keçirildi.Təəsüflər olsun ki, keçən tədris ilində buraxılış imtahanlarının nəticələri məktəbimiz üçün ürəkaçan olmamışdır.Proqnozlarımıza görə bu ildə də IX və XI sinif məzunlarımızın nəticələri o qədər də yaxşı olmayacaq.Səbəb: təhsilin keyfiyyəti və müsbət nəticələr 1-2 ilə reallaşa bilmir. Bu uzunmüddətli, zaman və sistemli dəyişiklik tələb edən prodesdir.Amma qısa müddət ərzində mümkün olan və olmayan tədbirlərimizi gördük ki, nəticələrimiz yaxşılığa doğru getsin.Qarşıdan gələn imtahanlarda bütün şagirdlərimizə uğurlar və yüksək nəticələr arzulayırıq!