2015-2016 tədris ilinin yekununa dair Pedaqoji Şuranın iclası keçirildi
2015-2016 tədris ilinin yekununa dair Pedaqoji Şuranın iclası keçirildi. 9 məsələ müzakirə olundu. Direktorun, müavinlərin, Tədris-metodiki Şuranın sədrinin,sinif rəhbərlərin, struktur bölmələrin rəhbərlərinin illik hesabatları dinlənildi.Məktəbimizdə II islahat ilinin strategiyasına əsasən təhsilin məzmununu müsbətə doğru dəyişərək tədrisin keyfiyyətini artırmaq niyyətimizi davam edirik. Bu tədris ilindən "şişirdilmiş",, şagirdlərin real biliklərini əks etdirməyən qiymətləndirmələrə qarşı ciddi mübarizə aparılır. Böyük summativ qiymətləndirmələrin məktəb rəhbərliyi tərəfindən tam nəzarətə götürülməsi, məktəbdaxili monitorinqlərin keçirilməsi bu sahədə problemlərin möhkəm "kök" atmasından xəbər verir. Artıq məktəbimiz yalnız bir halda, heç bir istisnasız, şagirdi müsbət qiymətləndirəcək: əgər şagirdin biliyi olacaqsa!