Diaqnostik qiymətləndirmə keçirilir
Oktyabrın 26-da məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə tədris dili, riyaziyyat və ingilis dili fənləri üzrə V-IX siniflərdə diaqnostik qiymətləndirmə imtahanı keçirilib.
İki saat yarım davam edən imtahanda şagirdlər həm Azərbaycan dili , həm də ingilis dili fənnindən dinləmə, oxuma mətni və qapalı sualları cavablandırıblar.
Məqsəd 2020-2021-ci tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aşkarlanmasıdır.