Aşıq Ələsgər yaradıcılığı ilə bağlı məktəbdaxili müsabiqə

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq əmrinə əsasən Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar məktəbimizdə Aşıq Ələsgərin həyat  və yaradıcılığına həsr olunmuş müsabiqə və yarışlar “Dəyirmi masa”lar, ədəbi–bədii gecələr keçirilir.

    Məktəb kitabxanasında ustad sənətkarın 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgər folkloru” mövzusunda  şeir müsabiqəsi təşkil olunub. 22 oktyabr tarixində məktəb kitabxanasında keçirilən müsabiqədə məktəbin direktoru Səkinə Rzayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Səadət Həmidova, tərbiyə işləri üzrə direktor müavini Cəmilə Nuqrəzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi Nəzakət Ağayeva, UBTR Xalidə İbrahimova və kitabxana müdiri Firəngül Əliyeva iştirak edib. Bundan əlavə Aşıq Ələsgər irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində debat və diskusiyalar  keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi