V siniflərlə psixoloji söhbətlər aparılıb
Məktəbin illik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu Mehriban Quliyevanın rəhbərliyi ilə V siniflərlə psixoloji söhbət aparılıb. İclasda davranış qaydaları, kollektivdə konflikt şəraitinin aradan qaldırılması, stressin insan həyatına təsiri və onun aradan qaldırılması yolları haqqında tövsiyələr verilib.
Mehriban xanım qeyd edib ki, “Davranış qaydaları”na əməl etməklə gələcəkdə Qanuna hörmət etmək, cəmiyyətdə özünü idarə etmək vərdişlərinə yiyələnmiş olursunuz.
Söhbətin aparılmasında məqsəd yeniyetməlik dövrünə keçidlə bağlı şagirdin həyatında baş verən dəyişiklikləri öyrənmək, yeni mərhələ ilə bağlı onlara kömək etməkdir.