Məktəbəhazırlıq qruplarına start verilib
2021/2022 – ci tədris ili üzrə oktyabrın 1 – dən 5 yaşlı uşaqların məktəbəhazırlıq qrup hazırlıqlarına start verilib.
Cari tədris ilində məktəbimizdə Azərbaycan bölməsi üzrə 5 qrup, rus bölməsi üzrə 2 qrup fəaliyyətə başlayıb.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.
2021/2022-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarımıza 2016-cı ildə anadan olmuş uşaqlar cəlb olunub.
Məktəbə ilk qədəmlərin qoyan şagirdlərimiz dövlət vəsaiti hesabına dərs vəsaitləri ilə təmin edilib.
Məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
5 yaşlı şagirdlərimizi təbrik edir onlara gələcək təhsil həyatında uğurlar arzulayırıq!