“Qohumlar” mövzusunda Azərbaycan dili fənnindən "Açıq dərs"

     Sentyabrın 30 - u sinif müəllimi Xatirə Hüseynovanın təşkilatçılığı ilə  2"c" sinfində “Qohumlar” mövzusunda Azərbaycan dili fənnindən "Açıq dərs" keçirilib.      

Müəllim qohumlar mövzusu haqqında qısa məlumat təqdim etdikdən sonra qruplara bölünən şagirdlər sual-cavabda fəal iştirak ediblər. Şagirdlər verilmiş sözlərə xas olan ümumi məna və əlaməti müəyyənləşdirdikdən sonra , mövzunu yoldaşlarının başa düşəcəyi tərzdə oxudular. Daha sonra şagirdlər hazırladıqları "Ailə ağacı" haqqında məlumat verdilər.   

    Dərsin keçirilməsində əsas məqsəd sxem vasitəsilə şagirdlərə qohumluq əlaqələrini izah etmək və qohumluq bildirən sözləri mənimsətməkdir. Həmçinin şagirdlərin qrafik informasiyanı rabitəli cümlələr quraraq izah etmək bacarıqlarını formalaşdırmaqdır. Dərsin sonunda şagirdlər meyarlar üzrə qiymətləndirmə cədvəlinə uyğun olaraq qiymətləndiriliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi